Aİ Türkiyə vətəndaşları üçün viza prosedurlarını SADƏLƏŞDİRDİbackend

Aİ Türkiyə vətəndaşları üçün viza prosedurlarını SADƏLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza prosedurlarını sadələşdirir və vizasız rejimlə bağlı dialoqun bərpasına çağırır.

İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin Ankaradakı səfiri Ossovski deyib.

Brüsseldə onlar qeyd ediblər ki, dəyişikliklər mövcud prosedurların mürəkkəbliyi və uzunluğu ilə bağlı çoxsaylı şikayətlər fonunda Türkiyə vətəndaşlarının Şengen zonasına çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Aİ həmçinin akkreditə olunmuş viza mərkəzlərinin həddən artıq yüklənməsinin müraciətlərə baxılması prosesini ləngitdiyini izah edib və Ankara ilə viza rejiminin sadələşdirilməsi üçün əlavə addımlar barədə danışıqların aparıldığını vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az