Aİ Ukraynaya sursat və raketlər verəcəkbackend

Aİ Ukraynaya sursat və raketlər verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələrinin liderləri Rusiya ilə vuruşan Ukraynaya dəstəyi davam etdirmək öhdəliyini bir daha təkrarlayıb və 1 milyon artilleriya mərmisi göndərmək qərarından əlavə, “tələb etsələr” bu ölkəyə raket göndərə biləcəklərini açıqlayıblar.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsində Rusiyanın Ukraynaya hücumunun nəticələri dəyərləndirilib. İclas davam edərkən sammit bəyanatının Ukrayna ilə bağlı hissəsi dərc olunub.

Ukraynaya siyasi, hərbi, maliyyə və humanitar dəstəyin sona qədər davam edəcəyi bildirilən mətndə Ukraynanın artan hərbi ehtiyaclarının qarşılanması üçün səylərin artırıldığı vurğulanıb.

Aİ liderləri bu həftənin əvvəlində Avropa Şurasında Avropa Sülh Fondu vasitəsilə birgə satınalma nəticəsində Ukraynaya bir il ərzində 1 milyon artilleriya mərmisi göndərilməsi barədə qərardan məmnun olduqlarını bildiriblər.