“Air France” Nigerə uçuşları dayandırırbackend

“Air France” Nigerə uçuşları dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın milli hava yolu şirkəti “Air France” Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra bu ölkəyə uçuşları ikinci bir bildirişə qədər dayandırdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Nigerin paytaxtı Niameyə uçuşlar dayandırılıb.

Mali və Burkina Fasoya birləşdirən uçuşların da avqustun 11-dək dayandırıldığı və qərarın səbəbi kimi Nigerdəki xunta rəhbərliyinin ölkədəki hava məkanını beynəlxalq uçuşlara bağlaması göstərilib.

Son hadisələrə görə Sahel bölgəsindəki digər birləşdirici uçuşların müddətinin uzadıla biləcəyi vurğulanıb.

Bildirilir ki, şirkət Afrikaya uçuşlarını yenidən qurmağa hazırlaşır.

Nigerdə ​​prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizəsi Alayının ünsürləri tərəfindən saxlanılıb və həmin axşam hərbçilər onun hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Prezidentin Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchiani iyulun 28-də Vətəni Müdafiə Milli Şurası (MNŞ) xuntasına rəhbərlik etməyə başlayıb və keçid hökumətinin başçısı olub.