Aktrisa Yıldız Asyalının həyat yoldaşı atasını döyüb və avtomobili qaçırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tanınmış aktrisa Yıldız Asyalı ailəsində baş verən dəhşətli hadisə ilə bağlı açıqlama verib.
Aktrisa bildirib ki, ona şiddət göstərdiyi üçün barəsində məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılan həyat yoldaşı Mustafa Semih Demirci onun atası Ümit Asyalını döyüb.
Aktrisanın sözlərinə görə, hücumdan sonra həyat yoldaşı ailəyə məxsus avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıb. Hazırda Semih Demirci axtarılır.

Xuraman Etibarlı
İnterpress.az






