Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirbackend

Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

İnterpress.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Son aylarda Bakı və İrəvan arasında sülh prosesində kifayət qədər böyük irəliləyiş var. Məqsədimiz tərəflər arasında müzakirələri sülh sazişinin imzalanmasına qədər irəli aparmağa davam etməkdir. Bunun mümkün qədər tez baş verəcəyinə ümid edirəm”, – A.Berse qeyd edib.

Baş katibin sözlərinə görə, o, sülh prosesini həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti ilə müzakirə edib.

Eyni zamanda, o, bu məsələni apreldə Türkiyədə müzakirə etdiyini vurğulayıb.

A.Berse hesab edir ki, sülh prosesi son vaxtlar bir qədər yavaşlasa da, irəliləyiş hiss olunur. “Prosesi imzalanma mərhələsinə çatdırmaq üçün bu tempi qoruyub saxlamaq lazımdır”, – baş katib əlavə edib.