İngiltərədə bir qrup alim gələcəkdə baş verə biləcək xəstəliklərə qarşı peyvəndlər hazırlamaq üzərində işləməyə başlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bütün dünyanı təsir edən COVID-19 epidemiyasından sonra heyvanlardakı digər patogenlərin insanlara təsir etmək üçün təkamül edə biləcəyini düşünən tədqiqatçılar mümkün peyvəndlər üzərində işləyirlər.
Tədqiqat Böyük Britaniya hökumətinin Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən Uiltşirdəki yüksək təhlükəsizliklə təmin olunan Porton Daun laboratoriyasında aparılır.
Bildirilib ki, laboratoriyada çalışan 200 alim heyvan viruslarına qarşı hələ insanlara təsir etməyən vaksinlər hazırlamağa çalışır.
UKHSA-nın Baş Professoru Dame Jenny Harries deyib: “Məqsədimiz yeni bir xəstəlik və ya yeni patogenlə rastlaşacağımız zaman buna hazır olmaqdır. Mümkün qədər irəliləmək üçün çox çalışırıq. Ümid edirik ki, pandemiyanın qarşısını ala biləcəyik. Amma etməsək və onu məğlub etmək üçün peyvənd və müalicə üsulları üzərində işləməyə başladıq”.
Porton Downda peyvənd tədqiqatlarında iştirak edən komanda bu yaxınlarda yüzdə 30 ölüm nisbəti olan Krım-Konqo Qanamalı Atəşinə qarşı peyvənd hazırlayıb. Erkən klinik sınaqlara başlayan peyvəndin yaxın gələcəkdə 24 könüllü üzərində sınaqdan keçirilməsi gözlənilir.
Laboratoriyada quş qripi, meymun çiçəyi, hanta kimi viruslarla bağlı araşdırmaların aparıldığı məlumdur.