Alimlər SÜBUT ETDİ: Burgerlər tütündən daha güclü asılılıq yaradan “NARKOTİKDİR”backend

Alimlər SÜBUT ETDİ: Burgerlər tütündən daha güclü asılılıq yaradan “NARKOTİKDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər burgerlərin tütündən daha təhlükəli bir dərman olduğunu sübut ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə elmi araşdırmalar məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, fast-fud qidalarından, xüsusən də burgerlərdən imtina etmək hətta ən güclü iradəyə malik insanlar üçün belə demək olar ki, qeyri-mümkündür.

Alimlərin gəldiyi qənaətə görə, bu növ qidalar tütün məhsullarından daha təhlükəli asılılıq yaradır.

Mütəxəssislər bu asılılığın mexanizmini belə izah edirlər:

İstehsalçılar yağ, şəkər və duzu elə ustalıqla qarışdırırlar ki, bu kombinasiya birbaşa beyindəki dopamin reseptorlarına təsir edir.

Zaman keçdikcə bu reseptorlar “tükənir” və insan eyni həzzi almaq üçün “dozanı” artırmağa, yəni daha çox yeməyə ehtiyac duyur.

Bundan əlavə, belə qidaların tərkibində sellüloza (lif) demək olar ki, yoxdur.

Bu səbəbdən hər şey sürətlə qana sorulur və insan doymaq üçün ikiqat, hətta üçqat porsiya yemək məcburiyyətində qalır.

Ekspertlər xəbərdarlıq edirlər ki, burgerlərə olan bu meyl siqaret çəkməkdən dəfələrlə güclüdür və bəzi ağır narkotik vasitələrin yaratdığı asılılıqla müqayisə oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az