Almaniya bankında bıçaqla silahlanmış şəxs insanları girov götürüb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı “Bild” yayıb. Bildirilir ki, Almaniyanın Bavariya əyalətinin Rimbax şəhərindəki bank filialında bıçaqla silahlanmış şəxs insanları girov saxlayır.
Hadisə yerində xüsusi təyinatlı dəstə işləyir, şəhər ətrafında nəqliyyatın hərəkəti dayandırılıb.
Əlavə məlumat veriləcək.
Xuraman Etibarlı
İnterpress.az