AZAL-ın təyyarə qəzasını uçuş registratorlarından deşifrə olunmuş materiallarla araşdırmaq üçün komissiya Astanaya gəlir.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Astanada AZAL-ın təyyarə qəzasını uçuş registratorlarından deşifrə olunmuş materiallarla araşdırmaq üçün komissiyanın yaxın vaxtlarda gəlməsi gözlənilir.
Qeyd olunur ki, gələn kimi mütəxəssislər dərhal şifrəsi açılmış məlumatların öyrənilməsinə başlayacaqlar.
Xuraman Etibarlı
İnterpress.az