Misirdə məktəblilər təsadüfən müəllimi yandırıblar.
İnterpress.az xəbər verir ki, bütün bunlar sosial şəbəkələrdəki trendə görə baş verib. Ərəb ölkələrində “müəllim tendensiyası” hələ dekabr ayından yayılmağa başlayıb.
Əvvəlcə hər şey yaxşı və səmimi keçib. Müəllimlərə şokoladlar, şirniyyatlar və digər hədiyyələr verilib və onların reaksiyaları lentə alınaraq sosial şəbəkələrə yerləşdirilib.
Tədricən tendensiya dəyişib. Məsələn, Misirdə şokolad əvəzinə yumurta və toyuq verməyə başlayıblar. Və reaksiyaya baxıblar.
Ötən gün müəllimlərdən birini yandırıblar. Ona bir neçə hədiyyə verilib və uşaqlardan biri əylənmək üçün onün üzərinə süni qar səpmək qərarına gəlib. Lakin bir saniyə sonra nədənsə onu yandırıb.
Qadın yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xuraman Etibarlı
İnterpress.az