Türkiyə XİN: Konstitusiya dəyişikliyindən sonra Suriyanın rəsmi adı dəyişməz qalacaqbackend

Türkiyə XİN: Konstitusiya dəyişikliyindən sonra Suriyanın rəsmi adı dəyişməz qalacaq 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konstitusiya dəyişikliyindən sonra Suriyanın rəsmi adı dəyişməz qalacaq – Suriya Ərəb Respublikası.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, yeni konstitusiyanın qəbulu prosesinin sonunda Suriyanın rəsmi adı olduğu kimi qalacaq – Suriya Ərəb Respublikası.

“Biz (Dəməşqdəki yeni administrasiyanın rəhbəri) Əhməd əl-Şara ilə danışdıq. Səsvermə zamanı 10 milyondan çox suriyalı Suriyaya qayıtmalıdır.

Suriyanın adı dəyişməz qalacaq – Suriya Ərəb Respublikası, buna görə də hökumət forması eynidir, respublikaçıdır”, –  nazir CNN Türk telekanalında bildirib.

Xuraman Etibarlı

İnterpress.az