Castin Trüdo Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı etmək təhdidlərinə cavab verib.
İnterpress.az xəbər verir ki, Castin Trüdo addım atıb və X sosial şəbəkəsində Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı etmək təhdidlərinə cavab verib.
“Kanadanın ABŞ-nin bir hissəsi olacağı ehtimalı yoxdur. Hər iki ölkəmizdəki işçilər və icmalar bir-birimizin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı olmağımızdan bəhrələnir”, – Baş nazir bildirib.
ABŞ Konqresinə namizəd Texas Qomez onun bəyanatını belə şərh edib:
“Əgər Amerika Kanadanın ABŞ-nin bir hissəsi olmasını istəsə, ABŞ-nin bir hissəsi olacaq. Yoxsa bununla nə etmək istəyirsən, oğlan? Yaxşısı budur böyüklər danışanda sus”.
Xuraman Etibarlı
İnterpress.az