Türkiyənin 17 vilayətində kürd hərbi-siyasi təşkilatı PKK ilə əlaqədə olmaqda şübhəli bilinən 65 nəfər saxlanılıb
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
Türkiyənin 17 vilayətində kürd hərbi-siyasi təşkilatı PKK ilə əlaqədə olmaqda şübhəli bilinən 65 nəfər saxlanılıb.
Yerlikayanın sözlərinə görə, onlar təşkilat daxilində fəaliyyət göstərib, o cümlədən sosial şəbəkələr vasitəsilə PKK-nın təbliğatını həyata keçirib, həmçinin təşkilatı maliyyələşdiriblər.
Son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda lisenziyasız silah və rəqəmsal materialların ələ keçirildiyi müşahidə edilib.
Xuraman Etibarlı
İnterpress.az