Bu gündən etibarən Dəməşq hava limanı beynəlxalq reysləri bərpa edib. İlk təyyarə BƏƏ-nin Şarja şəhərinə uçub.
İnterpress.az xəbər verir ki, 2024-cü il dekabrın 8-də Əsəd rejiminin devrilməsi elan edildiyi gün bu hava limanında hava hərəkəti dayandırılıb.
Daha sonra dekabrın 13-də Dəməşq və Hələb hava limanları xüsusi icazə əsasında uçuşları bərpa edib.
Qeyd olunur ki, Suriyanın Latakiya və Qamışlı əyalətlərində hava limanları yanvarın 21-dək bağlı qalacaq.
Xuraman Etibarlı
İnterpress.az