Meksika körfəzinin adının “Amerika körfəzi” adlandırılması ilə bağlı qanun layihəsi hazırlanıb.
İnterpress.az xəbər verir ki, Konqresmen Teylor Qrin Meksika körfəzinin adının “Amerika körfəzi” adlandırılması ilə bağlı qanun layihəsi hazırlayıb.
Qətnamə qəbul olunarsa, o zaman 180 gün ərzində qanuna əsasən, ABŞ-dəki bütün federal xəritələrdə və sənədlərdə yerin adı dəyişdiriləcək.
Xatırladaq ki, Donald Tramp daha əvvəl “Meksika körfəzi”nin adını “Amerika körfəzi” adlandırmaq niyyətində olduğunu bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az