Kursk bölgəsindəki Şimali Koreya əsgərləri çox içirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı məlumat yayıb.
Amerikanın “Newsweek” jurnalı Baş Kəşfiyyat İdarəsinin hesabatına istinadən yazır ki, Yeni il ərəfəsində KXDR hərbçiləri sərxoş olublar.
Şimali Koreya bölmələrinin ruh yüksəkliyi onların itkiləri fonunda aşağı düşüb.
Xuraman Etibarlı
İnterpress.az