Tramp Meksika körfəzini “Amerika körfəzi” ADLANDIRACAQbackend

Tramp Meksika körfəzini “Amerika körfəzi” ADLANDIRACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Meksika körfəzinin adını “Amerika körfəzi” adlandırmaq niyyətində olduğunu açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyi yarışında qalib gələn Donald Tramp Tramp Mar-a-Laqoda (Florida) iqamətgahında jurnalistlərlə danışarkən deyib.

Tramp Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirməyi planlaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, bu addım onun administrasiyasının yeni siyasətinin tərkib hissəsi olacaq.

“Biz bunu tezliklə elan edəcəyik. Biz bu regionda işlərin çoxunu görürük və o, bizimdir.

Biz Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyik. Bu, geniş əraziləri əhatə edən böyük bir addır. Amerika Körfəzi – nə gözəl addır”, –

Lakin o, adının dəyişdirilməsi ilə bağlı qərarın dəqiq nə vaxt verilə biləcəyini açıqlamasa da, yaxın vaxtlarda elanın veriləcəyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az