Almaniya hakimiyyəti Rusiyanın Birinci Kanalının alman bürosunu bağlayır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Berlindəki büronun əməkdaşlarına ölkəni tərk etmək əmri verilib.
Hələ qışda operatora məktub gəlib ki, onun ölkədə qalmaq üçün sənədləri anti-Rusiya sanksiyaları səbəbindən yenilənməyəcək.
“Cavab tədbirləri bu gün açıqlanacaq”, – Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xuraman Etibarlı
İnterpress.az