Almaniyada azərbaycanlıların qalacağı yataqxanaya görə aksiya keçirilib – FOTObackend

Almaniyada azərbaycanlıların qalacağı yataqxanaya görə aksiya keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Xemnits şəhəri, Anton-Günter küçəsinin sakinləri qaçqın yataqxanasına görə etiraz aksiyası keçiriblər.

“Report”un məlumatına görə, sakinləri şəhər bələdiyyəsi ilə üz-üzə qoyan köhnə zavod anbarı kimi istifadə olunan ərazinin yataqxanaya çevrilməsi və buraya sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı planlardır.

Sakinlər bildiriblər ki, yaşadıqları ərazidə xarici ölkələrdən gələn qaçqınların yerləşdirilməsi onların yaşayışına mənfi təsir göstərəcək. Eyni zamanda ərazidəki sabit kriminogen vəziyyəti də dəyişdirəcək.

Şəhər bələdiyyəsindən isə bildirilib ki, hazırda Xemnitsdə istifadəsiz idman zalında yaşamaq məcburiyyətində qalan 300-ə qədər qaçqının yaxın aylarda başqa yerə köçürülməsi planlaşdırılır:

“Hazırda bu qədər adamı yerləşdirmək üçün bələdiyyənin nəzdində hər hansı bir obyekt yoxdur. Bu səbəbdən bələdiyyə zavodlardan birinə məxsus anbarı kirayələyib. Həmin anbarın daxilində konteynerlərdən ibarət yataqxananın qurulması planlaşdırılır. Əraziyə müşahidə kameraları və təhlükəsizlik şirkətlərindən birinin əməkdaşları nəzarət edəcək”.

Məlumat üçün bildirək ki, Xemnitsdə qaçqınların köçürülməsindən sonra bağlanacaq idman zalında hazırda Afrika ölkələri, İran, Əfqanıstan, Hindistan, Gürcüstan, İran və Azərbaycandan gedənlər qalırlar. Yeni yataqxanaya köçürüləcək Azərbaycan Respublikası vətəndaşlarının sayı yeddidir. Onlardan üçü bir ailənin üzvüdürlər.