Almaniyada azyaşlılara təcavüz edən türkiyəli imam MƏHKƏMƏ QARŞISINDAbackend

Almaniyada azyaşlılara təcavüz edən türkiyəli imam MƏHKƏMƏ QARŞISINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada azyaşlılara təcavüz edən türkiyəli imamın məhkəməsi başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “DW Türkçe” məlumat yayıb.

Almaniyada 35 yaşlı türkiyəli imamın məhkəməsi başlayıb. O, İslam kurslarında azyaşlı oğlanlara qarşı sistematik şəkildə zorakılıq etməkdə ittiham olunur.

İmama “uşaqlara qarşı ağır cinsi istismar, zorlama, cinsi hücum” və “qəddar rəftar” maddələri ilə ittihamlar irəli sürülüb.

İstintaqın məlumatına görə, evli olan təqsirləndirilən şəxs 2021-2024-cü illər ərzində 12-17 yaş arası 8 oğlana qarşı ümumilikdə 26 ağır zorlama epizodu törədib.

Qeyd edək ki, imam Almaniyanın ən qədim və ən böyük İslam təşkilatlarından biri olan, 1973-cü ildə Köln şəhərində əsası qoyulmuş VIKZ-in (“İslam Mədəniyyət Mərkəzləri İttifaqı”) strukturlarında çalışıb.

Xuraman Etibarlı

İnterpress.az