Almaniyada “Hammerskins” adlı neonasist qrupun fəaliyyəti qadağan edilibbackend

Almaniyada “Hammerskins” adlı neonasist qrupun fəaliyyəti qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada ifrat sağçı Hammerskins və onlara dəstək verən “Crew 38” qruplarının konstitusiya quruluşuna zidd olduqları səbəbi ilə qadağan edildiyi bildirilib.

Açıqlamada, qadağa qərarından sonra səhər saatlarında 10 əyalətdə 28 yaşayış və yaşayış məntəqəsinə basqın edildiyi və qrupun mallarına həbs qoyulduğu qeyd edilib.

Daxili İşlər Naziri Nensi Faeser qadağa ilə bağlı verdiyi açıqlamada deyilir: “Qadağa mütəşəkkil ifrat sağçılığa ağır zərbədir. Bu qadağa ilə Almaniyada beynəlxalq səviyyədə fəal olan neonasist dərnəyinin qeyri-insani fəaliyyətinə son qoyduq. Bunu etməklə biz irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərmiş oluruq”.

İfrat sağçıların Almaniyanın demokratiyası üçün ən böyük təhlükə olaraq qaldığına diqqət çəkən Faeser deyib ki, buna görə də ifrat sağçı strukturları məhv etmək üçün bütün qətiyyətimizlə hərəkət etməyə davam edirik.

Faeser qadağaya hazırlıqların bir ildir aparıldığını bildirərək, ABŞ rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Ölkədə təxminən 130 üzvü olan “Hammerskins Germany”, 1988-ci ildə ABŞ-da qurulan “Hammerskins Nation” təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğat aparır.

“Hammerskins Germany”nin fəaliyyətinin dayandırılması ilə ölkədə Daxili İşlər Nazirliyinin qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.