Yanvar-iyun aylarında Almaniyada 258 anti-islam cinayətinin törədildiyi və bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə artdığı açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Almaniya hökumətinin Sol Partiyanın parlament sualına verdiyi cavab əsasında Almaniyada iyun ayının sonuna qədər 258 İslam əleyhinə cinayət qeydə alınıb. Bu rəqəm 2022-ci ilin eyni dövründə 142 olaraq müəyyən edilib.
İlin ilk yarısında İslama qarşı cinayətlər çərçivəsində həyata keçirilən hücumlarda 17 nəfər yaralanıb. Sözügedən cinayətlərin əksəriyyəti sağçı ekstremistlər tərəfindən törədilib.
Qərargahı Kölndə olan İslam İcması Milli Gorus (İGMG) Təşkilatının sədri Kamal Ergün Almaniyada müsəlman qurumlarına və məscidlərinə edilən hücumların səbəbkarlarının son dərəcə aşağı olduğunu vurğulayıb.
Almaniya İslam Şurasının sədri Burhan Kesici də son vaxtlar məscidlərə hücumların intensivləşməsinin onları əsəbiləşdirdiyini bildirib.