Almaniyada siyasətçilərə qarşı hücumlar artıbbackend

Almaniyada siyasətçilərə qarşı hücumlar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada siyasətçilərə qarşı hücumlar 2023-cü ilin yanvar-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) Partiyasının parlament sualına verdiyi cavaba görə, 2023-cü ilin birinci yarısında Bundestaqda təmsil olunan partiyaların nümayəndələrinə qarşı 739 hücum qeydə alınıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 392 olub.

2022-ci ilin birinci yarısında partiya binalarına qarşı 214 hücum təşkil edildiyi, 2023-cü ilin yanvar-iyun dövründə isə bu rəqəmin 281-ə yüksəldiyi bildirilib.

Bu hücumların əksəriyyətinin siyasətçilərə qarşı təhqir və təhdidlərdən ibarət olduğu qeyd edilib.