Almaniyanın xarici işlər naziri Annalena Baerbokun təyyarəsindəki nasazlıq səbəbindən Avstraliya, Yeni Zelandiya və Fici Respublikasına səfərini ləğv etdiyi bildirilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, hər şeyin sınaqdan keçirildiyini bildirib və təəssüflə qeyd edib ki, nasaz bir təyyarə olmadan Hind-Sakit okean səyahətimi davam etdirmək məntiqi cəhətdən mümkün deyil.
Hind-Sakit okean regionunun təkcə dostları və tərəfdaşları olmadığını, bu bölgənin 21-ci əsrin dünya nizamını formalaşdıracağını vurğulayan Baerbok dialoqun vacib olduğunu qeyd edib.
Spiegel jurnalı xəbər verir ki, səfərin ləğvindən sonra Baerbok Abu Dabidən planlı reyslə Berlinə qayıdacaq.
Bazar günü axşam saatlarında Almaniyadan Avstraliyaya gedən Almaniyanın xarici işlər naziri Baerboku daşıyan “Airbus 340-300” tipli təyyarə yanacaq doldurmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə enib.
Yanacaq doldurduqdan sonra havaya qalxan təyyarədə mexaniki nasazlıq aşkar edilib. Təyyarə təxminən 2 saat dövrə vurduqdan və 80 ton yanacaq boşaltdıqdan sonra Əbu-Dabiyə məcburi eniş edib.
Təyyarə eyni nasazlıq səbəbindən gecə ikinci dəfə Əbu-Dabiyə qayıtdığı üçün bu səhər Baerbokun Sakit okean bölgəsinə səfərinin ləğv edilməsi qərara alınıb.
Xarici işlər naziri Baerbokun bu həftə Avstraliya, Yeni Zelandiya və Fici Respublikasına səfəri planlaşdırılırdı.