AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? – FOTObackend

AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb.

Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.

Məsələ barədə AMEA-a ilə əlaqə saxladıq.

Qurumun ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov Interpress.az-a açıqlamasında bildirdi ki, AMEA-nın Rəyasət Heyətinin binasının üzərində yazılar kiril əlifbasında yazıldığı üçün sökülməsinə qərar verilib:

“Həmin hərflər latın qrafikası ilə yazılacaq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası sözləri hazırlanır. Yaxın vaxtda binanın üzərinə quraşdırılacaq”.