Amerikalı baş tutmayan hadisələrə 255 489 dollar mərc edib və udub.
İnterpress.az xəbər verir ki, Polymarket istifadəçisi Olololo 255 min dollar mərc edib ki, heç nə olmayacaq.
Olololo ardıcıl olaraq “yox” seçib və haqlı çıxıb. O, BTC-nin iyulda 150 000 dollara çatmayacağını, ETH-nin 4 000 dolları keçməyəcəyini, Putinin Zelenski ilə görüşməyəcəyini və Solananın 250 dollara qalxmayacağını təxmin edib.
Onun xalis mənfəəti 255 489 dollar təşkil edib. Ümumi əməliyyat həcmi 6,25 milyon dollar olub.
Xuraman Etibarlı
İnterpress.az