Ankara ABŞ-nin vasitəçiliyini rədd edərək, regionda öz kanallarının olduğunu bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Vaşinqton Suriyada Türkiyə ilə İsrail arasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün vasitəçi kimi çıxış edib.
Nəşrin məlumatına görə, ABŞ administrasiyası İsrailin Türkiyənin öz qoşunlarını yerləşdirməyi planlaşdırdığı hədəflərə silsilə zərbələr endirməsindən sonra ölkələrə münaqişənin həlli mexanizmi yaratmağı təklif edib.
Qeyd olunur ki, ABŞ-nin təşəbbüsünə baxmayaraq, Ankara “Amerikanın rolunu aşağı salaraq, digər ölkələrlə bu cür rabitə kanallarının artıq regionda fəaliyyət göstərdiyini iddia edir”.
Xuraman Etibarlı
İnterpress.az