Anna Akopyan: Seçimlərinizi öz vicdanınız və düşüncənizlə edinbackend

Anna Akopyan: Seçimlərinizi öz vicdanınız və düşüncənizlə edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anna Akopyan vətəndaşları seçimlərində azad olmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Anna Akopyan paylaşım edib.

Ermənistanın Baş nazirinin keçmiş xanımı Anna Akopyan sosial şəbəkə paylaşımında bəyan edib ki, o, nə “Mənim addımım” fondunun bənəfisarları, nə də Ermənistan Respublikasının digər vətəndaşları üçün hər hansı bir siyasi qüvvəyə səs verməklə bağlı çağırış etmir.

“Anna Akopyan Ermənistan Respublikasının səsvermə hüququna malik bütün vətəndaşlarını qərar qəbul edərkən müstəsna olaraq öz əqidələri, prinsipləri, arzuları, vicdanları və düşüncələri ilə hərəkət etməyə çağırır. Bu, Ermənistan Respublikası vətəndaşının əlində olan ən qiymətli, ən taleyüklü “silah”dır”, – o yazıb.

Xuraman Etibarlı

İnterpress.az