Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyonu keçibbackend

Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyonu keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 1-dən avqustun 22-dək Türkiyənin Antalya şəhərinə gedən turistlərin sayı əvvəlki ilin eyni dövrünə görə yüzdə 20 artaraq 10 milyon 64 min 782 olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, dənizi, qumu, günəşi və təbii gözəllikləri, tarixi və turistik yerləri, dəbdəbəli obyektləri ilə seçilən şəhər müxtəlif ölkələrdən turistləri qəbul edir.

Mövsümə sürətlə daxil olan 1 yanvar – 22 avqust tarixləri arasında Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyon 64 min 782-yə çatıb.

1-22 avqust tarixlərində şəhərə gələn turistlərin sayı 1 milyon 880 min 693 nəfər olub. Aktiv mövsümün davam etdiyi şəhərdə ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 20 artım qeydə alınıb.

Turizmdə “rekord il” kimi tanınan 2019-cu ildə yanvarın 1-dən avqustun 22-dək hava yolu ilə 10 milyon 5 min 325 turist gəlib. Bu il turistlərin sayı rekord ilin eyni dövrünü ötüb.