Antarktidada təxminən 10.000 imperator pinqvin balası buzun qırılması nəticəsində ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bala pinqvinlərin üzərində dayandıqları dəniz buzları əriyib və parçalanıb.
Quşlar çox güman ki, boğulub və ya donaraq ölüb.
Hadisə qitənin qərbində, Bellinqshauzen dənizinə baxan ərazidə baş verib.
Peyklər tərəfindən qeydə alınıb.
Britaniya Antarktika Tədqiqatının (BAS) doktoru Peter Fretwell, nəslin tükənməsinin gələcək hadisələrin xəbərçisi olduğunu söyləyib.
Hesab edilir ki, imperator pinqvin koloniyalarının 90 faizindən çoxu bu əsrin sonuna qədər demək olar ki, yox olacaq, çünki qitənin mövsümi dəniz buzları daim istiləşən dünyada azalır.