Antarktidadan nəhəng aysberq qopub.
İnterpress.az xəbər verir ki, bu barədə Antarktidadakı Ueddel dənizindəki Brunt Buz Şelfində (BAS) Britaniyanın qütb stansiyası olan Halley Araşdırma Stansiyasının əməkdaşları məlumat veriblər.
Onun sahəsi 380 kvadrat kilometrdir, İngiltərənin cənubundakı Uayt adasına bərabərdir.
Son üç il ərzində Ağ Qitədəki Brunt Buz Şelfindən Paris və London kimi şəhərlərin ölçüsündə nəhəng aysberqlər qopub.
Xuraman Etibarlı
İnterpress.az