Antonio Banderasın qızı göz qamaşdırdı – FOTObackend

Antonio Banderasın qızı göz qamaşdırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspan aktyor və prodüser Antonio Banderasın qızı Stella reklam kampaniyasında çəkilişləri ilə göz qamaşdırdı.

Bu barədə “Daily Mail” xəbər yayıb.

24 yaşlı model Los-Anceles küçələrində qara ətək və krop-topdan ibarət qara kostyumda poza verib. Onun obrazını geyimi rəngində pencək tamamlayıb.

Digər fotoda isə o, qısa ətəyi şalvarla əvəzləyib.

Fotoların müəllifi meksikalı fotoqraf Xoakie Kastilyo olub.

Banderasın reklamda makiyajsız olması diqqətdən yayınmayıb və xarici görünüşü pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.

“Çox gözəlsiniz”, “Vau, Stella, möhtəşəmsiniz”, “Gözəllik”, – kimi şərhlərlə onlar heyranlıqlarını bildiriblər.

 

 

 

İnterpress.az