“Apple”ın gəlirləri azalıb, “Amazon”un gəlirləri isə artıbbackend

“Apple”ın gəlirləri azalıb, “Amazon”un gəlirləri isə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın texnologiya nəhənglərindən olan “Apple”ın gəliri aprel-iyun dövründə illik bazda yüzdə 1 azalarkən, e-ticarət nəhəngi “Amazon”un gəliri isə yüzdə 11 artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Apple” aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də başa çatan rüblük balans hesabatında “Apple”ın gəliri keçən ilin eyni dövrünə görə yüzdə 1 azalaraq 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkətin gəliri təxminən 83 milyard dollar olub.

Qeyd edilən azalmaya baxmayaraq, şirkətin bazar gözləntilərini üstələyən gəlirinin bu dövrdə 81,7 milyard dollar olacağı gözlənilirdi.

Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 faiz artaraq 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.

“iPhone” satışlarının məbləği aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 39,7 milyard dollar olub.

Eyni dövrdə “iPad” satışları 20 faiz azalaraq 5,8 milyard dollara, Mac satışları isə 7 faiz azalaraq 6,8 milyard dollara düşüb.

Apple İcraçı Direktoru (CEO) Tim Kuk, balans dövrü ərzində 1 milyarddan çox ödənişli abunə sayəsində xidmət gəlirlərində bütün zamanların rekordunu qırdıqlarını açıqlayıb.

Kuk, güclü “iPhone” satışları sayəsində inkişaf etməkdə olan bazarlarda davamlı olaraq güc qazandıqlarını ifadə edib.

ABŞ-ın e-ticarət nəhəngi Amazon da aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.

Buna görə “Amazon”un bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 11 artaraq 134,4 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin ikinci rübündə 121,2 milyard dollar olaraq qeydə alınıb.

İkinci rübdə “Amazon”un xalis mənfəəti də 6,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2 milyard dollar zərər verdiyini açıqlayıb.

Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin ikinci rübündə 65 sent olaraq hesablanıb. Ötən ilin eyni dövründə şirkət hər bir səhmə görə 20 sent itirib.