Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası İrəvan üçün həyati əhəmiyyət kəsb edir.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda yunanıstanlı həmkarı Yorqos Qerapetritis ilə birgə mətbuat konfransında bildirib.
“Aİ-nin mülki missiyası bizim üçün çox vacibdir, təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir. Biz Aİ-nin bu missiyanı genişləndirmək qərarını alqışladıq”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının xarici işlər nazirləri Ermənistandakı mülki missiyaya daxil olan müşahidəçilərin sayını 138-dən 209 nəfərə çatdırıb.