Araz Əzimov: “Sputnik”in ofisindəki tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdırbackend

Araz Əzimov: “Sputnik”in ofisindəki tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır.

İnterpress.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov XİN-ə çağırılan Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova deyib.

“Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hal-hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.