Arxangelsk vilayətində 190,08 karatlıq nəhəng almaz tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “AGD Diamonds” şirkəti TASS-a məlumat verib.
Rusiyanın Arxangelsk vilayətindəki mədənlərin birində çəkisi 190,08 karat olan nadir almaz aşkarlanıb.
Bu, şirkət tərəfindən 2026-cı il ərzində hasil edilmiş sayca üçüncü xüsusi böyüklükdə olan almazdır.
Xuraman Etibarlı
İnterpress.az






