Ata Abdullayevi hansı cəza gözləyir?backend

Ata Abdullayevi hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl reket fəaliyyəti ilə məşğul olan Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Dünən Səbail rayon məhkəməsinin qərarı ilə A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumatlara görə, A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

İnterpress.az-ın araşdırmasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, bu maddə ilə ittiham edilən şəxslər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

 

İnterpress.az