Avropa Azərbaycanlıları Konqresi İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin Şurası və Dünya Qarapaq Türkləri Birliyinin başkanı Seyfulla Türksoyu “Xatirə Medalı” ilə təltif edib.
İnterpress.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü və 28 may Respublika günü münasibətilə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun qərarı ilə Avropada Azərbaycan həqiqətlərinin tanıdılmasında və lobbiçilik istiqamətində ardıcıl fəaliyyətlərinə görə bir sıra siyasi və ictimai xadimlər “Xatirə Medalı” ilə təltif olunub. Həmin şəxslərdən biri də İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin Şurası və Dünya Qarapaq Türkləri Birliyinin başkanı Seyfulla Türksoydur. Təltifetmə mərasimində AAK prezidenti Sahil Qasımov konqresin və öz adından “Xatirə Medalı” ilə təltif olunan Seyfulla Türksoyun ictimai fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, konqres onun fəaliyyətini yüksək səviyyədə qiymətləndirir.
Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı isə öz çıxışı zamanı Seyfulla Türksoyu təbrik edib və daim Azərbaycanın milli maraqlarının qorunmasına xidmət etdiyi üçün ona minnətdarlığını bildirib.
Seyfulla Türksoy öz növbəsində mükafata layiq görüldüyü üçün Avropa Azərbaycanlıları Konqresinə, o cümlədən Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıya öz minnətdarlığını bildirib. O, 16-19 iyun tarixləri aralığında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda keçirilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu çərçivəsində Şuşa səfərinə də toxunub və öz təssüratlarını bölüşüb.
Təltifetmə mərasimi ilə bağlı aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz:
Gülşən