Avropa müharibənin kölgəsində ikinci qışa hazırlaşırbackend

Avropa müharibənin kölgəsində ikinci qışa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Rusiya-Ukrayna müharibəsinin kölgəsində yenidən qışa hazırlaşır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiyadan təbii qaz idxalını azaldan Avropa, anbarlarını alternativ təchizatçılardan doldurmağa üstünlük verib. Anbarlarının 90 faizi dolu olsa da, bu qış Avropada enerji böhranı yaşana biləcəyi ilə bağlı narahatlıq var.

Avropa Birliyi 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə özünü enerji böhranı ilə üz-üzə qoyub.

Qərbin müharibə ilə bir-bir tətbiq etdiyi sanksiyalar qarşısında Rusiyanın təbii qaz kartını masaya qoymasından sonra qış mövsümü Avropa üçün çətin keçməyə başlayıb.

Müharibə ilə əlaqədar Rusiyadan idxalın azalması səbəbindən İttifaqın üzvü olan ölkələr alternativ təchizatçılara üz tutub.

İldə təxminən 400 milyard kubmetr təbii qaz istehlak edən Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var.

Bu qış üçün anbarlarda doluluq 90 faizdən çoxdur.

Yəni hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil.

Bazarlarda baş verən hadisələr böhrana səbəb ola bilər.

AB Komissiyasının enerjidən məsul üzvü Kadri Simson qitənin enerji təhlükəsizliyinin ötən illə müqayisədə daha stabil vəziyyətdə olduğunu bildirib.

Bununla belə, o, qaz bazarının son həftələrdə həssas qaldığına diqqət çəkib.

Bu çərçivədə mövsümi normallardan daha soyuq hava şəraiti, enerji əsaslı istehsalda artan istehlak və beynəlxalq bazarlardakı inkişaflar böhrana səbəb ola biləcək amillər kimi önə çıxır.

Anbarların dolması o demək deyil ki, Avropa təbii qaza ucuz çıxış əldə edəcək.

Son 10 ildə artmağa davam edən təbii qaz qiymətləri daha da arta bilər.

Hətta alternativ tədarükçülərdən biri olan Avstraliya qaz şirkətinin işçilərinin tətilə çıxması ehtimalı da qiymətləri 7 faiz artırıb.

Bu, Avropanın təbii qaz istehlakı və təchizatında balansın nə qədər həssas olduğunu ortaya qoyub.