Avropa Reqbi Çempionlar Kuboku matçı zamanı paraşütçü stadionun damında ilişib qalıb.
İntertpress.az xəbər verir ki, Fransada Tuluza və Sale arasında keçirilən Avropa Reqbi Çempionları Kuboku oyunu yarım saat gecikib.
Buna səbəb oyunun əvvəlində topu çatdırmalı olan, lakin arenanın damının kənarında ilişib havada asılı qalan paraşütçünün xilas edilməsi olub.
İlkin məlumatlara görə, o, enmə trayektoriyasını səhv hesablayıb və metal konstruksiyalara çırpılıb.
Yanğınsöndürənlər onu damdan çıxarana qədər paraşütçü bir neçə dəqiqə asılı vəziyyətdə qalıb.
Xuraman Etibarlı
İntertpress.az