Avropadakı qaçqın böhranı siyasəti formalaşdırırbackend

Avropadakı qaçqın böhranı siyasəti formalaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa qitəsindəki immiqrasiya böhranı seçicilərin seçimlərinə təsir edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyası son ictimai rəy sorğusunda səslərin 22 faizinə çatıb və ölkənin ikinci ən güclü partiyası olub.

Bir tərəfdən Balkan marşrutu ilə davam edən qaçqın axını, digər tərəfdən də Aralıq dənizində davam edən nizamsız miqrasiya dalğası hökm sürür.

19 aydır davam edən Ukrayna müharibəsindən gələn qaçqınların da əlavə olunması ilə Avropa dərin bir qaçqın problemi yaşayır.

Afrika qitəsindən Avropaya çatmaq istəyən qeyri-qanuni mühacirlərin vəziyyəti İtaliya, Fransa, Avstriya və Almaniya başda olmaqla bir çox ölkənin siyasətində qırılmalara səbəb olub.

Avstriya, Macarıstan və Serbiya kimi ölkələr qeyri-qanuni miqrasiya axınına qarşı birgə mübarizə haqqında saziş imzalayıb.

Polşa oktyabrda qaçqınların qəbulu ilə bağlı referendum keçirmək qərarına gəlib.