Avstraliyada səhvən hesabına 10,5 milyon dollar yatırılan qadının məhkəmə prosesi davam edirbackend

Avstraliyada səhvən hesabına 10,5 milyon dollar yatırılan qadının məhkəmə prosesi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada səhvən hesabına 10,5 milyon dollar yatırılan qadının məhkəmə prosesi davam edir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstraliyadakı kripto pul şirkəti “crypto.com”dan təsadüfən hesabına təxminən 10,5 milyon dollar yatıran və pulun bir hissəsini xərcləyən Thevamanoqari Manivel məhkəmə qarşısına çıxarılıb.

“The Age” qəzetinin xəbərinə görə, 209 gündür istintaq təcridxanasında saxlanılan Manivel “haqsız yerə qazanılan gəliri məsuliyyətlə xərcləmək” ittihamlarını qəbul edib.

Hesabına səhvən təxminən 10,5 milyon dollar yatırılan Avstraliyada yaşayan malayziyalı qadının kripto.com ilə müqavilə bağladığı və 8 milyon dollardan çox pulu şirkətə qaytardığı açıqlanıb.

Məhkəmənin səhvən yatırılan pulu fərqli bank hesablarına köçürərək Malayziyaya qaçmağa çalışan Manivellə bağlı hökmünü sentyabrda verəcəyi gözlənilir.

Manivel 2021-ci ildə bank hesabından 100 dolların başqasına məxsus kripto hesabına yatırıldığını anlayıb və pulu geri almaq üçün kripto.com şirkətinə müraciət edib.

Qayıdış edən şirkətin əməkdaşının səhvən 100 dollar əvəzinə 10 milyon 474 min dollar yatırdığını görən Manivel pulu başqa bank hesablarına köçürüb və xərcləməyə başlayıb.

Şirkət hadisədən təxminən 6 ay sonra səhvini anlayıb və pulun yatırıldığı bankla əlaqə saxlayaraq Manivel-ə çatmağa çalışıb.

Thevamanoqari Manivel yanvar ayında Malayziyadakı bank hesabına təxminən 2 milyon dollar köçürüb və bir neçə həftə sonra Melburn hava limanında ölkəsindən qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb.