Sankt-Peterburqda avtomat qapının başını sıxdığı azyaşlı xəstəxanada dünyasını dəyişib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburqda baş verən ağır və dəhşətli bədbəxt hadisə nəticəsində yaralanan azyaşlı uşaq xəstəxanada vəfat edib.
Uşaq avtomatlaşdırılmış dəmir qapı ilə beton divar arasındakı dar boşluqdan keçərək uşaq meydançasına daxil olmağa çalışıb.
Həmin saniyələrdə yaxınlıqdakı avtomobilin sürücüsü qapını məsafədən pultla açıb və nəticədə hərəkətə gələn ağır dəmir konstruksiya uşağın başını kəskin şəkildə divara sıxıb.
Ağır kəllə-beyin travması alan uşağın həyatını xilas etmək üçün həkimlər bir neçə gün reanimasiyada mübarizə aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sankt-Peterburq hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Hadisə zamanı təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıqdan ölümə səbəb olma maddələri ilə rəsmi araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






