Avtomobili çaya düşən amerikalı qadın vertolyotla xilas edilibbackend

Avtomobili çaya düşən amerikalı qadın vertolyotla xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında avtomobili çaya düşən qadın 15 saat köməksiz vəziyyətdə qalıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Ətrafdakı düşərgəçilər qəzanı görəndə bədbəxt qadın xilas edilib.
ABŞ-ın Kaliforniya ştatında aşmış avtomobilində sıxılmış vəziyyətdə qalan qadın vertolyotla xilas edilib.

Livermor şəhərində çaya düşən avtomobilində telefonunu itirən qadın kömək çağıra bilməyib.

Belə ki, cərəyanın apardığı qorxusundan sahilə çıxa bilməyən qadın 15 saat yolda qalıb. Ərazidəki düşərgəçilər qadını təsadüfən fərq etdikdən sonra qruplar köməyə gəlib.

Helikopterlə xilas edilərək xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu açıqlanıb.