Avtoyuma işçiləri müştərinin Porsche-si ilə qəza törədib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada avtoyuma məntəqəsinin əməkdaşları müştəriyə məxsus Porsche avtomobilini icazəsiz götürərək sürüb və qəza törədiblər.
Məlumata görə, işçilər avtomobili əzdikdən sonra maşını əvvəlki yerinə qaytararaq hadisənin izlərini gizlətməyə çalışıblar.
Faktla bağlı cinayət işi açılıb. Şübhəlilərdən biri saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






