Kamçatkada ayı çadırda yatan qadına hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Kamçatkada Mutnovskaya GeoPP yaxınlığındakı çadır düşərgəsində hamı yatarkən yırtıcı qəfildən qadına hücum edib.
Onun baş dərisi qismən soyulub, dərin yaraları və sınıqları olub.
43 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır.
Qrup qeydiyyatdan keçməyib. Ovçular ayını axtarırlar. Prokurorluq və İstintaq Komitəsi araşdırmalara başlayıb.
Xuraman Etibarlı
İnterpress.az