“Ayrı-ayrı dövlətlər və qüvvələr Türkiyənin artan gücündən narahatdır” – Şərhbackend

“Ayrı-ayrı dövlətlər və qüvvələr Türkiyənin artan gücündən narahatdır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyəni öz yolundan heç kim çəkindirə bilməyəcək”.

Bu sözləri Türkiyədə baş vermiş terror aktına münasibət bildirən politoloq Yusif Bağırzadə İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son terror aktı Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablanıb:

“İstanbulda baş vermiş terror aktının əsas səbəbi Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasından qaynaqlanır. Ayrı-ayrı dövlətlərin və qüvvələrin Türkiyənin hər gün daha da artan gücündən narahat olduğu göz önündədir.
Hər birimiz zaman-zaman Türkiyədə terror aktlarını şahidi olmuşuq. Lakin təxminən 6 ildir ki, İstanbulda dünən baş vermiş terror kimi təsirli bir hadisə, terror hadisəsi yaşanmamışdı. Rəsmi məlumatlara görə, təkcə bu il ərzində Türkiyədə 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb. Tamamilə əminəm ki, nə terrorçular, nə də onların arxalarındakı güclər öz məqsədlərinə çata bilməyəcəklər. Türkiyəni öz yolundan heç kim çəkindirə bilməyəcək.
Düşünürəm ki, bu cür xain saldırıların qarşısının alınması üçün Türkiyədə qanunvericiliyə də müəyyən dəyişikliklər edilməli və terror törədənlərlə bağlı ölüm hökmünün bərpası istiqamətində addımlar atılmalıdır”.