Azərbaycan Avstraliya ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edibbackend

Azərbaycan Avstraliya ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanla Avstraliya arasında qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

“İnterpress.az” Agentliyə istinadən xəbər verir ki, bu barədə müzakirələr KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Astraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman arasında keçirilən görüşdə aparılıb.

Görüşdə, kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Xatırladaq ki, KOBİA nümayəndələri Qlobal Sahibkarlıq Şəbəkəsi tərəfindən keçirilən Startap Ölkələri Sammitində iştirak etmək məqsədilə Avstraliyada işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri Avstraliyanın sahibkarlıqla əlaqəli qurumlarında bir sıra görüşlər də keçirəcəklər.