Ukrayna Azərbaycanlıları Radasının (RAU) ofisində “Tokio-2020” Olimpiya Oyunlarının yunan-roma güləşi üzrə 67 kiloqramda gümüş mükafatçısı, Ukrayna təmsilçilisi, azərbaycanlı Pərviz Nəsibov ilə Azərbaycan diasporunun görüşü olub.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş diaspor nümayəndələrinin iştirak etdiyi görüşdə RAU Baş katibi Ceyhun Məmmədov azərbaycanlı çempionu onlarla yaxından tanış edərək bildirib ki, bu gündən Pərviz də fəal diaspor üzvüdür.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının sədri, RAU-nun həmsədri Hikmət Cavadovun görüş iştirakçılarına təşəkkürünü çatdıran baş katib P.Nəsibovun Kiyevdə azərbaycanlı gənclərlə görüşünün də nəzərdə tutulduğunu deyib.
Görüşdə çıxış edən Kiyev Azərbaycanlıları Konqresinin sədri, UAR-nın həmsədri Oleq Krapivin bildirib ki, Pərviz Nəsibov təkcə Ukraynanın yox, Azərbaycanın və eləcə də dünyadakı azərbaycanlıların da fəxridir. O qeyd edib ki, Ukraynada Azərbaycan diasporu olaraq daim fəal gənclərə dəstək olublar, bundan sonra da olacaqlar: “Biz Pərvizdən 2024-cü ildə Paris Olimpiya Oyunlarında qızıl gözləyirik və əminəm ki, o, buna nail olacaq” – deyə, o əlavə edib.
Görüşdə RAU-nun Aparat rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Elşad İbrahimov, Ukrayna Xalq artisti Qurban Abbasov, diaspor nümayəndələri Fail Abidov, Firuddin Həşimov,
Faiq Hüseynov, Elxan İbadov, Sərxan Tahirov,
Ramil Məmmədov,
Hikmət Məmmədov,
Azad Əliyev,
Rəşid Əhmədov
Mahmud Qurbaov
Teymur Məmmədov
və digərləri Pərvizi təbrik ediblər. Görüş zamanı Ukraynada digər istedadlı və fəal azərbaycanlı gənclər üçün yeni dəsək mexanizminin yaradılması da müzakirə olunub.