DOXA xarici agent jurnalının həmtəsisçisi Armen Aramyan beynəlxalq axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin teleqram kanalında məlumat verilib.
Armen Aramyan terrora çağırışda və Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda ittiham olunur. DOXA həm də Azərbaycan əleyhinə təbliğat və saxta xəbərlər yayırdı.
Basmannı məhkəməsi DOXA jurnalının həmtəsisçisi (Rusiyada xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Armen Aramyanı terrorizmə çağırışlara və ordu haqqında yalan xəbərlərə görə qiyabi həbs edib.
Müddət onun Rusiya Federasiyasının ərazisində saxlandığı andan və ya ölkə ərazisinə ekstradisiya edildiyi andan hesablanır.
Xuraman Etibarlı
İnterpress.az